"Azərbaycanla oyuna istirahət üçün çıxacağımıza inanıram"

"Azərbaycanla oyuna istirahət üçün çıxacağımıza inanıram"
ÖLKƏ FUTBOLU 13 Noyabr 2018 / 12:45 4553
-  A +

"Millətlər Liqasında qrupdan çıxmaq və daha irəli getmək istəyirik. Buna inanırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo millisinin üzvü Vedat Muriki yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Türkiyənin "Rizəspor” klubunun hücumçusu Millətlər Liqasında bir neçə gündən sonra Malta və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlardan danışıb. 24 yaşlı futbolçu qrupdan çıxmaq məsələsini Malta ilə görüşdə həll edəcəklərinə inandığını bildirib.

"Yaxın günlərdə toplanışı başa vuracağıq. Yaxşı hazırlaşaraq, Maltadakı görüşdə pley-off mərhələsinə vəsiqə qazanacağımıza və Azərbaycanla görüşə istirahət üçün çıxacağımıza inanıram. Hücumçu yaxşı və ya pis oynamasından asılı olmayaraq, qol imkanları əldə edir. Malta ilə son matçımızda bir neçə imkanım olub. Amma millidə qolu kimin vurmasının önəmi yoxdur. Əsas məsələ qalib gəlmək və komanda şəklində irəliləməkdir”.

Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo millisi ayın 20-də yığmamızı qəbul edəcək.

Daha çox


Son xəbərlər