Premyer Liqamızda mövsümün qol rekordu

Premyer Liqamızda mövsümün qol rekordu
PREMYER LİQA 12 Noyabr 2018 / 15:31 1566
-  A +

Topaz Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, 11-ci turun 4 oyununda qapılara 17 top vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. “Səbail” “Sabah”ı 4:0, “Keşlə” “Sumqayıt”ı 4:1, “Qarabağ” “Qəbələ”ni 3:1 hesabı ilə yenibsə, “Neftçi” və “Zirə” arasında görüşdə qalib müəyyənləşməyib – 2:2.

Bu mövsüm üçün rekord göstərici olan bu rəqəm Azərbaycan çempionatlarının son ilyarımı üçün ən yüksək məhsuldarlığıdır.

Sonuncu dəfə 2016/17 mövsümünün 27-ci turu isə qollarla daha zəngin olub. 2017-ci il aprelin 23-24-də baş tutan 3 görüşdə 13 top vurulub və orta göstərici 4,33-ə bərabər olub. Həmin vaxt “Kəpəz” AZAL-ı, “Qarabağ” “Sumqayıt”ı eyni – 2:1, “Qəbələ” isə “İnter”i 4:3 hesabı ilə udmuşdu. Turun bir matçının nəticəsi isə ləğv edilmişdi. Söhbət “Zirə” – “Neftçi” qarşılaşmasından (2:2) gedir.

 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu