“Neftçi”nin bacarmadığı rəqib

“Neftçi”nin bacarmadığı rəqib
PREMYER LİQA 12 Noyabr 2018 / 14:35 2140
-  A +

“Zirə”nin “Neftçi” ilə səfər oyunlarındakı məğlubiyyətsizlik seriyası 7-yə çatıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu, Topaz Premyer Liqasının 11-ci turunun “Bakcell Arena”dakı matçında rəsmiləşib. Rəqib meydanından 1 xalla ayrılan “Qartallar” uğurlu seriyanı məhsuldar heç-heçə ilə davam etdirib – 2:2.

“Neftçi” ilə Premyer Liqada indiyədək keçirilən səfər oyunlarında heç vaxt uduzmayan “Zirə” rəqib meydanında 3 qələbə qazanıb, 4 dəfə sülhlə kifayətlənib. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandaların həmin çempionatdakı qarşılaşmalarında qalib müəyyənləşməyib – 1:1, 0:0. Növbəti mövsümdə “Qartallar” səfərdə xal itkisi ilə üzləşməyib – 1:0, 2:1. Ötən çempionatda da komanda hər iki görüşdə qol sevinci yaşamağa nail olub – 2:1, 1:1.

7-ci dəfə səfərdən xalla dönən qəsəbə təmsilçisi ardıcıl 5-ci dəfə meydanı qolsuz tərk etməyib. Ümumilikdə isə yalnız bir qolsuz heç-heçə edən “Zirə” rəqib meydanındakı 7 matçdan 6-da fərqlənə bilib.
 

Daha çox


Son xəbərlər
21.01.19  19:35

"Qəbələ" davam edir

21.01.19  11:09

Suares "TOP-5"də