"Mançester Siti" derbini qazanıb, zirvəyə yüksəldi

"Mançester Siti" derbini qazanıb, zirvəyə yüksəldi
DÜNYA FUTBOLU 11 Noyabr 2018 / 22:36 3010
-  A +

İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun mərkəzi oyununda “Mançester Siti” və “Mançester Yunayted” klubları üz-üzə gəliblər. 4 qolun vurulduğu Mançester derbisində sevinən tərəf Xosep Qvardiolanın komandası olub – 3:1. “Siti”nin qollarını David Silva (12-ci dəqiqə), Serxio Aquero (58) və İlkay Gündoğan (86) vurublar. “Mançester Yunayted”in yeganə qoluna isə 58-ci dəqiqədə penaltidən Antoni Marsyal imza atıb.

Çempionluğa iddialılardan “Çelsi” isə doğma meydanda xal itirib. “Zadəganlar” azarkeşləri önündə “Everton”un müqavimətini qıra bilməyib - 0:0.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən “Arsenal” da turu xal itkisi ilə başa vurub. “Topçular” Londonda “Vulherhempton”la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Qeyd edək ki, “Mançester Yunayted” üzərindəki qələbədən sonra xallarının sayını 32-yə çatdıran “Mançester Siti” liderliyə yüksəlib. “Liverpul” 30 xalla 2-ci, mersisaydlılardan 2 xal az toplayan “Çelsi” isə 3-cüdür.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord