"Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan" - Tərlan Əhmədov

"Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 11 Noyabr 2018 / 22:14 3613
-  A +

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XI turunda "Sumqayıt"a səfərdə 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə hazırkı klubunda qazandığı ilk qələbəni dəyərləndirib.
 
- Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanı bacardığımız qədər toparlaya bildik. Çalışdıq ki, kompakt oynayaq. Hücumda daha aqressiv idik. Dəyişikliklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq.
 
- Vaqif Cavadovun yoxluğu nəylə bağlıdı?

- Onun 3-4 gündü hərarəti var, karantindədir.
 
- Amil Yunanov niyə belə yaxşı oynadı?

- Onunla təkbəkək söhbətim oldu.  Bilirəm ki, istəkli, aqressiv hücumçudur. Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan. İstədiyimin 50-60 faizini ortaya qoya bildi.
 
- Sizin gəlişinizdən sonra oynamayan Ebrima Sohna göndəriləcək?

- Heç bir siyahım yoxdur. Rəhbərliklə söhbətim olmayıb. Qışadək bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Həmin mövqedə çıxış edən futbolçulardan razıyam. Ola bilər ki, fasiləyə 1 tur qalmış söhbətimiz oldu. Hər halda, komandada futbolçu sarıdan artım olacaq.
 
- "Neftçi"də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədir?

- O, təcrübəli futbolçudur. Azərbaycanda da oynayıb. İndiyədək "Keşlə"də az oynayıb. 4 hücumçudan ən yaxşı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçuyla oynadıq. Bahodirin durumu hələ ki özündən asılıdır.
 
- "Sumqayıt"la ilk dövrədəki oyunun xüsusi analizi olmuşdu?

- Bütün oyunları, komandanın funksional hazırlığını təhlil etmişdim. Bu, təkcə "Sumqayıt"la matç deyildi. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim.
 
- "Keşlə"dən gedən futbolçuların yeri görünürmü?

- Həmişə demişəm ki, əvəzolunmaz futbolçudu yoxdur, təkrarolunmaz var. Gedənlərin heç birinin yeri görünmür. Onlara uğurlar arzulayıram. İndiki futbolçuların hamısından razıyam.
 
- Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?

- (gülür) Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdır. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidir. (sport24.az)

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı