"Vurduğum qol komandaya rahatlıq gətirdi" - Emeqara

"Vurduğum qol komandaya rahatlıq gətirdi" - Emeqara
ÖLKƏ FUTBOLU 11 Noyabr 2018 / 21:05 2020
-  A +

"Bu, daha çox xarakter oyunu oldu. Bizim üçün çox vacib matç idi. Məğlub durumda olsaq da, xarakter göstərib qələbə qazandıq. Bu sarıdan qələbəni önəmli sayıram".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu İnnosent Emeqara Topaz Premyer Liqasının XI turunda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri səfər oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. Qələbəni şərh edən futbolçu vurduğu qolun komandasına rahatlıq gətirdiyini bildirib:

"Mənim ikinci hissənin əvvəlində vurduğum qol komandaya rahatlıq gətirdi. Bu baxımdan həmin qolu önəmli sayıram. Bəxtsizlikdən qol buraxdıq. Bura udmağa gəlmişdik. Cümə axşamı Avroliqada oyunumuz olmuşdu deyə, yorğunluq vardı. Amma biz xarakter göstərdik. Buna görə də çox sevincliyik".

Qeyd edək ki, bu, Emeqaranın cari çempionatda 5-ci qolu olub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord