"Liverpul"dan inamlı qələbə

"Liverpul"dan inamlı qələbə
DÜNYA FUTBOLU 11 Noyabr 2018 / 17:53 3073
-  A +

İngiltərə Premyer Liqasında 12-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün doğma meydanda “Fulhem”i qəbul edən “Liverpul” inamlı qələbə qazanıb – 2:0. Rəqibin qapısından qolları 41-ci dəqiqədə Məhəmməd Salah, 12 dəqiqə sonra isə Cerdan Şakiri keçiriblər. Bu nəticədən sonra xallarının sayını 30-a yüksəldən Yurgen Kloppun komandası liderliyə yüksəlib.

Qeyd edək ki, “Liverpul”dan 1 oyun az keçirən “Mançester Siti” 29 xalla 2-ci, “Çelsi” isə 27 xalla 3-cüdür.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı