"Qəbələ" - "Qarabağ": 49-cu duel

"Qəbələ" - "Qarabağ": 49-cu duel
ÖLKƏ FUTBOLU 11 Noyabr 2018 / 12:50 2332
-  A +

Topaz Premyer Liqasında 11-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün  “Qəbələ” “Qarabağ”la qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 49-cu duel olacaq. Rəqiblər indiyədək 48 dəfə üz-üzə gəlib. Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub. Bu görüşlərdə "Qəbələ" 42, “Qarabağ” 59 qola sevinib. “Qəbələ”nin heyətində 28 fərqli futbolçu rəqib qapısına yol tapıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə qol vurub.

“Qarabağ”la Premyer Liqada 42-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 41 görüşdə ağdamlılar 19, “qırmızı-qaralar” 10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada "Qəbələ" 37 qol vurub, 53-nü buraxıb.

“Qəbələ” 23-cu dəfə “Qarabağ”ı öz meydanında qəbul edəcək. Əvvəlki 22 ev oyununda 7 qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 8 dəfə uduzub. Bu matçlarda tərəflər hərəyə 24 qol vurub.(gabalafc.az)

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın