"Qarabağ" Qəbələyə təyyarə ilə getdi

"Qarabağ" Qəbələyə təyyarə ilə getdi
ÖLKƏ FUTBOLU 11 Noyabr 2018 / 11:10 2665
-  A +

“Qarabağ” Topaz Premyer Liqanın 11-ci turunda bu gün səfərdə “Qəbələ” ilə qarşılaşacaq.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda səfərə adəti üzrə matçdan bir gün əvvəl yox, bu gün yollanıb. Ağdam təmsilçisi Qəbələyə təyyarə ilə gedib.

Buna səbəb isə Avropa Liqasnın qrup mərhələsində “Vorskla” ilə qarşılaşan komanda Bakıya qayıdışının ləngiməsidir. Qurban Qurbanovun komandası noyabrın 9-da səhər saatlarında Bakıya çatmalı olsa da, hava şəraitinin əlverişsiz olması səbəbindən uçun 11 saat gecikib.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu saat 17:30-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı