AFFA Rusiya Futbol İttifaqına etiraz etdi

AFFA Rusiya Futbol İttifaqına etiraz etdi
ÖLKƏ FUTBOLU 20 Yanvar 2009 / 20:50 3107
-  A +

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) «Birlik kuboku» turniri təşkilatçılarının bu gün keçirilən “İnter” - “ Ventspils” oyunundan əvvəl 20 yanvar faciəsinin qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsinə icazə verməməsinə münasibət bildirib. AFFA-nın baş katibi Elxan Məmmədov Qol.Az-ın müxbiriylə söhbətində Rusiya Futbol İttifaqının (RFİ) bu məsələdə doğru addım atmadığını vurğulayıb: “Ümumiyyətlə biz siyasəti futbola qatmaq istəməzdik. “İnter” 20 yanvar faciəsi ilə bağlı RFİ-yə öncədən müraciyət etməliydi.  Əgər bu addımı atıblarsa, o zaman ruslar düzgün etməyib. Hörmət məqsədi ilə onlar “İnter”in şəhidlərimizin xatirəsini yad etməsinə icazə verməliydilər. Dünyanın hər bir yerində faciə qurbanlarının ruhuna hörmətlə yanaşırlar”.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı