"Niyyətimiz "Neftçi”ni dayandırmaq deyildi" - Samir Abasov

"Niyyətimiz "Neftçi”ni dayandırmaq deyildi" - <b style="color:red">Samir Abasov</b>
MÜSAHİBƏ 10 Noyabr 2018 / 22:36 2616
-  A +

"Zirə”nin baş məşqçisi Samir Abasov  Topaz Premyer Liqasının 11-ci turunda "Neftçi” ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Yaxşı oyunlarımızın təsdiqi olaraq bu gün qələbə yerinə düşərdi. Təəssüf ki, bunu bacarmadıq. Heç-heçəyə görə də üzülmədik. Çünki liderə qarşı oynayırdıq. Paltardəyişmə otağında uşaqlara dedim ki, qeyri-adi heç nə etmədik, öz oyunumuzu göstərdik. Bizə vaxt lazımdır. Başa düşürəm ki, çox vaxt da yoxdur. Hesab edirəm ki, öz oyunumuz həm bugünkü, həm də bundan əvvəlki görüşlərə görə yetərlidir. Çatışmazlıqların üzərində işləyirik. Uşaqlar həddən artıq can qoydular.
 
- Bugünkü heç-heçə sizin üçün nə dərəcədə önəmlidir?

- Niyyətimiz "Neftçi”ni dayandırmaq deyildi. Əvvəlki görüşlərdə də üstün oynamışıq. Bəzi epizodlarda güclər bölünmüşdü. Müdafiədə işləmək baxımından yük düşürdü. Əvvəlki oyunlarda hakimiyyət bizim tərəfdə idi. Vəziyyətimiz yaxşı deyil. Kamal Mirzəyevin iki gün əvvəl ayağı zədələndi. Dünən İlkin Qırtımovun ayağı burxuldu, bu gün dedi ki, oynayacağam. Oyunöncəsi məşqdə Dilan Duventrunun ayağının altında top qaldı. Vəziyyəti də pisdir. Oyunun gedişində də Anar zədələndi. Xahiş edirəm ki, bizi başa düşəsiniz. Bu durumun fonunda futbol oynamağa çalışırıq. İstirahət öncəsi gözəl oyun idi.
 
- Ötən dövrədə də "Neftçi” ilə oyunda Roberto Bordinlə mübahisəniz düşmüşdü, indi də. "Neftçi”yə qarşı sanki xüsusi motivasiya olunursunuz?

- Bu fikir sizdə hardan yaranır? Burada "Neftçi” amili yoxdur. Xahiş edirəm, diqqətli olaq. Oyundan əvvəl də Bordinlə isti münasibətlə görüşdük. 15 dəqiqə sonra artıq rəqib idik. İlk görüşdə də anlaşılmazlıq olmuşdu. Hardasa mənim də səhvim olmuşdu ki, dil problemi olduğu üçün başa düşməmişdim.

- Bir epizodda Kirilo Petrovla mübahisəniz düşdü...

- Pərdis Fərcad-Azadın onunla sərt oynadığını deyirdi. Mən də izah edirdim ki, sən sərtlikdən danışma, çünki özün sərt oyunçusan.
 
- Bu dəfə hakimlər köməkçinizi tribunaya göndərdilər. Halbuki həmişə sizi "qaralayırdılar"...

- Mən bu gün sakit idim. Köməkçimin nə etdiyini bilmədim.

- Sadiq Quliyevi bağışlamısınız?

- Sadiq bizimlə idi. Komandanın ağsaqqalları xahiş etdilər, mən də bunu nəzərə alıb, Sadiqi geri qaytardım. Komanda daxilində olan söhbətdir. Hər insana daha bir şans verilməlidir.

 

Daha çox


Son xəbərlər