Məşqçisi Anar Nəzirovun zədələnməsindən danışdı

Məşqçisi Anar Nəzirovun zədələnməsindən danışdı
XƏBƏR 10 Noyabr 2018 / 22:06 2103
-  A +

"Zirə”nin baş məşqçisi Samir Abasov  Topaz Premyer Liqasının 11-ci turunda "Neftçi" ilə matçda (2:2) ciddi zədə alan komandanın qapıçısı Anar Nəzirovun son durumu ilə bağlı məlumat verib.

Qol.az-ın xəbərinə görə, o deyib: "Anarı həkimlər içəri aparmaq istəsələr də, o qalıb baxmaq istədi. Son dəqiqələr gedirdi, amma Anar hesabı bilmirdi. Çox güman ki, beyin silkələnməsi keçirib. Həkimlər baxacaq".

Qeyd edək ki, A.Nəzirov 70-ci dəqiqədə rəqibin futbolçusu Mirabdulla Abbasovla toqquşmadan sonra huşunu itirib. 30 yaşlı qapıçı həkimlərin müdaxiləsindən sonra özünə gəlib və durumu normal hala düşüb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord