"Zirə"nin oyunçusu huşunu itirdi

"Zirə"nin oyunçusu huşunu itirdi
ÖLKƏ FUTBOLU 10 Noyabr 2018 / 21:27 1928
-  A +

"Zirə"nın qapıçısı Anar Nəzirov ciddi zədə alıb.

Qol.az-ın məlumatına görə, Topaz Premyer Liqasının 11-ci turunda "Neftçi" ilə matçın ikinci hissəsində rəqibin futbolçusu Mirabdulla Abbasovla toqquşmadan sonra qolkiper huşunu itirib. Anar Nəzirov həkimlərin müdaxiləsindən sonra özünə gəlib və durumu normal hala düşüb. 70-ci dəqiqədə zədələnən Anar xərəklə meydandan çıxarılıb və Kamal Bayramovla əvəzlənib.33 yaşlı qapıçı tribunaların alqışları ilə meydanı tərk edib.

Qeyd edək ki,  "Neftçi"nin baş məşqçi Roberto Bordinin köməkçisi Füzuli Məmmədov də  birinci qolun vurulduğu zaman sevincini paylaşdığı anda yerə yıxılıb. Həkimlər ona müdaxiləsindən sonra Məmmədov ayağa qalxıb və paltardəyişmə otağına gedib.

Daha çox


Son xəbərlər