"Oyuna ciddi hazırlaşmışdıq, amma belə alındı" - Elşad Əhmədov

"Oyuna ciddi hazırlaşmışdıq, amma belə alındı" - Elşad Əhmədov
MÜSAHİBƏ 10 Noyabr 2018 / 20:22 1858
-  A +

"Heyətdə problemlərimiz var. Bunlar bəhanə deyil, amma məğlubiyyətə təsirini göstərdi. Oyuna ciddi hazırlaşmışdıq, amma belə alındı".
 
Qol.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov evdə "Səbail"ə 0:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 11-ci tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Mikayıl Cabbarov ikinci dəfədir oyununuza gəlmişdi. Amma bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzdunuz...

- Ayağı düşərli olub-olmadığı söhbətləri yoxdur. "Sumqayıt"la oyuna da ciddi hazırlaşmışdıq. Amma futbolçularımız əks-hücumlara hazır deyildilər.

- Müdafiədəki boşluqlar nəticəsində qollar buraxdınız. Bu, nədən irəli gəlirdi?

- Cinahda oynayanlar Elşən Abdullayev və Məqsəd İsayev idi. Onlar da tam hazır deyildilər. İrəlidə oynadığımızdan, boşluqlarımız buradan qaynaqlanırdı. Mərkəzdə Kərim Diniyevin olmaması, itkilərimizin olması özünü göstərdi.

- Marko Deviçin olmaması özünü göstərdi?

- Bəli, oyunu öz üzərinə götürəcək futbolçumuz yox idi. Amma dəfələrlə demişəm ki, komanda bir oyunçudan asılı deyil.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki