İrinadan qızıl, Rəfaeldən bürünc medal - dünya çempionatı

İrinadan qızıl, Rəfaeldən bürünc medal - dünya çempionatı
XƏBƏR 10 Noyabr 2018 / 18:08 2018
-  A +

Azərbaycan karateçisi İrina Zaretska karyerasında ilk dəfə dünya çempionu olub.

Qol.az-ın məlumatına görə, Madriddə təşkil olunan çempionatda idmançımız 68 kiloqram çəki dərəcəsində yarışın final görüşündə rusiyalı Viktoriya İsayeva ilə qarşılaşıb. Rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.

Rafael Ağayev isə karyerasında ilk dəfə bürünc medala sahib olub. 75 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Dastonbek Otobolayevi üstələyib. Ağayev əvvəllər 5 dəfə dünya çempionu və 2 dəfə mundialın finalçısı olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi