"Selta"nı ud, "Real"ın baş məşqçisi ol

"Selta"nı ud, "Real"ın baş məşqçisi ol
XƏBƏR 10 Noyabr 2018 / 15:35 4582
-  A +

Santyaqo Solari “Real”ın baş məşqçisi ola bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi Xulen Lopeteqinin qovulmasından sonra müvəqqəti olaraq bu vəzifəyə gətirilən gənc mütəxəssisin qarşısına şərt qoyub. Əgər Madrid təmsilçisi La Liqanın 12-ci turunda sabah “Selta”ya uduzmasa, Solarin mövsümün sonuna kimi komandanın yeni baş məşqçisi təyin olunacaq.

Qeyd edək ki, “Real” Solarinin rəhbərliyi altında çıxdığı 3 oyunun hamısında qələbə qazanıb. Bu matçlarda 11 qol vuran “kral klubu” qapısını isə toxunulmaz saxlayıb.

 

Daha çox


Son xəbərlər