"Qarabağ"a qarşı oynamayacaqlar – "Sportinq"də 2 cəzalı

"Qarabağ"a qarşı oynamayacaqlar – "Sportinq"də 2 cəzalı
XƏBƏR 10 Noyabr 2018 / 12:19 2455
-  A +

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq” ölkəmizə itkilərlə gələcək.

Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Lissabon təmsilçisinin 2 aparıcı futbolçusu – Markos Akunya və Jeremi Matyö Bakıdakı görüşü buraxacaq. Hər ikis futbolçu “Arsenal”la matçda (0:0) cəzalı olduqları üçün oynamayacaqlar.

Qeyd edək ki, Matyö birbaşa qırmızı vərəqə, Akunya isə qrup mərhələsində 3-cü “sarı” aldığı üçün cəzalı duruma düşüblər.

Xatırladaq ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” matçı saat 21:55-də başlayacaq. Bu komandalar arasında Lissabondakı qarşılaşmada Ağdam klubu 0:2 hesabı ilə uduzmuşdu.

Daha çox


Son xəbərlər