Derbilər həftəsi "Topaz"da

Derbilər həftəsi<b style="color:red"> "Topaz"da</b>
ETOPAZ 10 Noyabr 2018 / 10:52 847
-  A +

Futbol və proqnoz həvəskarları üçün fantastik bir həftə sonu!!!

10-11 noyabr tarixlərini bol futbol keyfi ilə keçirmək üçün geniş seçiminiz var. Həftəsonu dünyanın dörd bir tərəfində 1000-ə yaxın çempionat matçları keçiirləcək. Onlardan 643-ü Azərbaycanın yeganə qanuni mərc oyunlaır operatoru olan "Topaz"ın şənbə-bazar proqramlarında yer alıb. Noyabrın 10-u 44-ü "təkli" olmaqla tam 356 oyuna mərc edə bilərsiniz. Bazar günü üçün isə proqnozsevərlərə 287 qarşılaşma təklif olunur ki, onlardan da 42-sinə "təkli oyun" statusu verilib. Təbii ki, bu qədər oyun bolluğunda bəzən seçim etmək də çətinlik yaradır. Çünki bir-birindən maraqlı oyunlar çoxdur. Xüsusi maraq doğuran görüşlərdən bir neçəsini nəzərinizə çatdırırıq.

10 noyabr. "Borussiya Dortmund"-"Bavariya" (kod 105, saat 21:30)

Şənbə gününün əsas matçı şübhəsiz ki, iki bundesliqa nəhənginin qarşılaşmasıdır. Bundesliqada bu mövsüm uduzmayan yeganə komanda olan "Borussiya" alman futbolunun markası "Bavariya" qarşısında imtahan verəcək. 10 turda 24 xal toplayan dortmunlular şəriksiz liderdir. 4 xal az yığan "Bavariya" isə 3-cü sırada qərarlaşıb. Münhen klubu bu mövsümü stabil oynamadığından onları möhtəşəm dortmundlu fanatlar qarşısında - "Siqnal İduna Park"da ağır görüş gözlədiyi şübhə doğurmur. Dortmund publikası qisas hissi ilə alışıb yanır. Axı, çox yox, cəmi 7 ay əvvəl - martın 31-də "Bavariya" onların sevimli "Borussiya"sını darmadağın edib - 6:0. "Borussiya" azarkeşləri haqlı olaraq düşünür ki, indi münhenlilər buna görə "cəzasını almalıdır". Dortmund klubunda heyətlə bağlı problem yoxdur. "Bavariya"da isə zədə səbəbindən Alkantara, Koman, Tolisso oynamayacaq. Bu tərəflərin 119-cu dueli olacaq. Statistikada "Bavariya"nın aşkar üstünlüyü var: 30 məğlubiyyətə qarşı, 54 qələbə!!! Amma bu dəfə bavariyalılar qələbə üçün çox tər tökməli olacaq. Əzəli prinsipiallıq öz yerində, onlar hazırki liderə və bundesliqanın yeganə məğlubedilməz komandasına qarşı oynayacaqlar. "Topaz"da bu nəfəskəsici qarşılaşmaya həm "təkli", həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Borussiya"nın qələbəsi 3.10, heç-heçə 3.55, "Bavariya"nın qələbəsi 2.00.

11 noyabr. "Milan"-"Yuventus" (kod 108, saat 23:30)

Apennin yarımadası səbrsizliklə növbəti "İtaliya derbisi"ni (Derby d'Italia) gözləyir. Möhtəşəm bir mövsüm keçirən "Yuve" mövsümdə ilk məğlubiyyətini 3 gün əvvəl Çempionlar Liqasında "Mançester Yunayted"dən aldı (1:2). A seriyasında isə hələ "bu şərəfə nail olan" komanda yoxdur. Məğlubiyyətsiz irəliləyən "Qoca Sinyora" 11 oyundan 31 xalla ən yaxın izləyicisi "İnter"i 6 xal

qabaqlayır. "Milan" hələki qeyri-sabit oynamağa davam edir. "Yuventus"dan 10 xal geri qalan "rossonyerlər" 5-ci sıradadır. Derbidə "İnter"ə məğlubiyyətdən (0:1) sonra A seriyasında keçirdiyi hər 3 oyunu qazanan "Milan" artıq liderlər qrupunda özünə yer edib. Amma "Yuve" qarşısında onların bu seriyanı davam etdirəcəyi xeyli çətin görünür. Turin klubu "Milan"la son 6 duelin 5-də qalib gəlib, biri isə heç-heçə bitib. Tarixi statistikaya nəzər yetirəndə də "Qoca Sinyora" üstündür: 49 məğlubiyyətə qarşı, 72 qələbə!!! Derbi ərəfəsində hər iki komandanın heyətlə bağlı problemləri var. "Milan"da İquayn, Striniç, Biqlia, "Yuventus"da Emre Can və Bernardeski zədəlidir. İstənilən halda, heyətdən, turnir cədvəlindən asılı olmayaraq azarkeşləri möhtəşəm bir derbi gözlədiyi şübhə doğurmur. "Topaz"la "İtaliya derbisi"nə bir qədər də həyəcan qata bilərsiz. Oyuna həm canlı, həm də "təkli" mərc qəbul edilir. Əmsallar: "Milan"ın qələbəsi 4.55, heç-heçə 3.50, "Yuventus"un qələbəsi 1.70.

Ümumiyyətlə, həftəsonu bir-birindən maraqlı oyunlarla boldur. Bazar günü Mançester derbisi - "Siti"-"Yunayted" (kod 107, saat 20:30), Afina derbisi - "Olimpiakos"-"Panatinaikos" (kod 967, saat 21:30) və Buxarest derbisi - "Dinamo"-"Styaua" (kod 985, saat 23:00) azarkeşlərə əsil futbol keyfi yaşadacaq. Bundan başqa Rusiya çempionatının ən prinsipial matçlarından olan ÇSKA-"Zenit" (kod 106, saat 20:00) və Fransa "nəhəngləri" - "Monako" ilə PSJ-nin dueli də (kod 995, saat 00:00) gərgin mübarizə vəd edir. Derbilər həftəsini "Topaz"la yaşayın. Həm futboldan zövq alın, həm də intisiyanıza güvənərək qazanın!!!

 

Daha çox


Son xəbərlər