"90 dəqiqə təhqirə dözmək asan deyil" – Ançelotti Mourinyo haqda

"90 dəqiqə təhqirə dözmək asan deyil" – Ançelotti Mourinyo haqda
XƏBƏR 10 Noyabr 2018 / 10:09 3228
-  A +

"Napoli”nin baş məşqçisi Karlo Ançelotti “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonun Çempionlar Liqasının qrup mərhələsinin “Yuventus”la səfər oyunu (2:1) zamanı yerli azarkeşlərlə yaşadığı problemə münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis matç ərzində təhqir olunan həmkarını müdafiə edib:

“Mourinyinu başa düşürəm. 90 dəqiqə təhqirə dözmək asan deyil. O, oyundan sonra iraniyalı jest edib, ancaq bu, elə də ciddi bir şey deyil. Bu cür davamlı təhqirlərə son verilməlidir. Söhbət təkcə Turindən getmir, bu, İtaliyadakı bütün stadionlarda baş verir”.

Qeyd edək ki, “Mançester Yunayted” “Yuventus”la oyunda hesabda geri düşsə də, sona 6 dəqiqə qalmış 2 qol vuraraq, əzmkar qələbə qazanıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı