"Trabzonspor" darmadağın oldu

"Trabzonspor" darmadağın oldu
DÜNYA FUTBOLU 10 Noyabr 2018 / 00:01 3421
-  A +

Türkiyə Superliqasında 12-ci tura start verilib.

Qol.az xəbər verir ki, açılış oyununda "Trabzonspor" səfərdə "Yeni Malatyaspor"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin darmadağını ilə nəticələnib – 5:0.

Bu qələbə ilə xalını 21-ə çatdıran Malatya təmsilçisi 5 pillə irəliləyərək 2-ci yerə yüksəlib. "Trabzonspor" 16 xalla 9-cudur. Turnir cədvəlinə 24 xalla "Başakşəhər" başçılıq edir.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.


9 noyabr

Türkiyə Superliqası, 12-ci tur

“Yeni Malatyaspor” – “Trabzonspor” - 5:0
Qol:
Gilyerme, 36, 64, Aleksiç, 38, 48, Butaib, 51


 


Son xəbərlər