"Real" baş məşqçi seçimini etdi

"Real" baş məşqçi seçimini etdi
DÜNYA FUTBOLU 9 Noyabr 2018 / 20:28 8182
-  A +

"Real" hazırda baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Santyaqo Solari ilə əməkdaşlığa davam edəcək.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid klubu bu mövsümün sonuna kimi Solarinin komandanın baş məşqçisi olmasına qərar verib. "Real" rəhbərliyinin onun işindən razı qaldığı bildirilib.

İspaniya çempionatının reqlamentinə əsasən, baş məşqçi səlahiyyətlərin müvəqqəti yerin yetirən şəxs ən azı 15 gün komandanı çalışdıra bilər. Bu səbəbdən "Real"ın noyabrın 11-ə kimi Solari ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, "Real" oktyabrın 30-u baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın