Droqba 40 yaşında futboldan getdi

Droqba 40 yaşında futboldan getdi
DÜNYA FUTBOLU 9 Noyabr 2018 / 16:38 2758
-  A +

“Çelsi” və "Qalatasaray"ın  sabiq futbolçusu Didye Droqba karyerasını bitirib.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, 40 yaşlı hücumçu MLS-in aşağı liqasında iştirak edən, sahibi və oyunçusu olduğu  “Foneks Risinq”in kubokun final matçında “Louisville Siti”yə 0:1 hesabı ilə məğlub olduğu görüşün ardından futbolçu karyerasının sona çatdığını açıqlayıb.

Qeyd edəkk ki, klub karyerası ərzində 685 oyuna çıxan Fil Dişi Sahili millisinin keçmiş üzvü 300 qol vurub, 114 məhsuldar ötürmə edib. Droqba milli komandanın heyətində 105 oyunda 65 qol vurub.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı