Avroliqada həftənin ən yaxşı oyunçusu kim olacaq? - 4 namizəd

Avroliqada həftənin ən yaxşı oyunçusu kim olacaq? -  4 namizəd
DÜNYA FUTBOLU 9 Noyabr 2018 / 11:21 2204
-  A +

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər arasında  Matye Valbuena (“Fənərbaxça”), Takumi Minamimo (“Zalsburq”), Kostas Fortunis (“Olimpiakos”) və Miyat Qaçinoviç (“Ayntraxt”) yer alıb.

Minamino het-trik, Fortunis dubl  və 1 qol ötürməsi ilə fərqlənib. Digər iki oyunçu 1 qol və 1 məhsuldar ötürmə edib.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord