"Qarabağ"ın qələbəsi reytinqimizə necə təsir etdi? - UEFA açıqladı

"Qarabağ"ın qələbəsi reytinqimizə necə təsir etdi? -  UEFA açıqladı
ÖLKƏ FUTBOLU 9 Noyabr 2018 / 10:40 4559
-  A +

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, keçirilən 24 qarşılaşma ilə cədvəldə müəyyən dəyişikliklər olub.

Ukraynada  “Vorskla”nı  1:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Bununla da Azərbaycan bir pillə irəliləyərək 26-cı yerə yüksəlib. Ölkəmiz xalını 19.000-ə çatdıraraq İsraili geridə qoyub.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı