"Birlikdə bir ailə kimi oynadıq. Yaxşı oynayıb üç xal qazanmağı bacardıq. Buna görə özümüzü xoşbəxt hiss edirik".
Qol.az-ın xəbərinə görə, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə Ukraynanın "Vorskla" klubunu 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Bolqarıstanlı yarımmüdafiəçi qələbənin çox çətin olduğunu bildirib: "Üç xal qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Sona qədər mübarizə apardıq və istədiyimiz nəticəni qazandıq”.
Slavçev “Qarabağ”ın qrupdan çıxmaq şanslarını da dəyərləndirib: "Bizim iki çətin oyunumuz var. Həmin matçlara yaxşı hazırlaşmalıyıq. Bugünkü kimi oynayıb mübarizə aparsaq, nəticə əldə edə bilərik. Bakıdakı görüşdən daha yaxşı oyun sərgilədik. Birmiz hamımız, hamımız birimiz üçün çıxış etdik. Üç xal qazandığımız üçün xoşbəxtik.
"Qəbələ"də 300-cü oyun
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır