"Ehtiras, partlayış, mübarizə və sonda xoşbəxt sonluq..." - Halldorsson

"Ehtiras, partlayış, mübarizə və sonda xoşbəxt sonluq..." - Halldorsson
MÜSAHİBƏ 9 Noyabr 2018 / 09:48 7754
-  A +

"Çətin oyun oldu.  Gördüyünüz kimi meydança donmuşdu. Bu gün oyunun hər dəqiqəsində döyüşdük və qələbə qazandıq".

Qol.az-ın xəbərinə görə, bu sözləri  "Qarabağ"ın qapıçısı Hannes Halldorsson Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə müsahibəsində deyib.

- Meydançanın donmağını vurğuladınız, bu gün meydanda əsl İslandiya havası var idi. Bu barədə nə deyə bilərsiniz?

- Düzdür, bu mənim üçün normal idi. Amma meydança donduğu üçün top sürətli hərəkət edirdi. Ona görə də topu ram etmək daha çətin idi.

- Özünüz rejissorsunuz, bugünkü oyunla bağlı film çəksəydiniz, hansı anı daha qabardardınız?

- Yəqin ki, ehtiras, partlayış, mübarizə və sonda xoşbəxt sonluq hissələrini qeyd edərdim.

- Bugünkü qarşılaşmada azarkeşlər barədə nə deyə bilərsiniz?

- Azarkeşlərimizin bu gün stadionda olub bizi dəstəkləmələri komandaya əlavə motivasiya və güc verdi. Bu qələbədən sonra düşünürəm ki, "Sportinq"lə Bakı Olimpiya stadionunda keçirəcəyimiz matçda daha çox azarkeş gəlib bizi meydanda dəstəkləyəcək.

- Bir neçə epizodda komandanızı real qoldan xilas etdiniz. Bu günki çıxışınışı "Qarabağ"dakı ən yaxşı oyununuz olduğunu demək olar?

- Əgər Avropa Liqası çərçivəsində dəyərləndirsək, bu oyunu yaxşı keçirdik. Hər qapıçının işi qapısını toxunulmaz saxlamaqdır. Bu gün də biz qol buraxmamışıqsa, düşünürəm ki, işimin öhdəsindən yaxşı gəlmişəm. Amma deyə bilmərəm ki, bu keçirdiyim ən yaxşı oyun idi ya yox.

- Bir neçə gün öncə Lionel Messinin penaltisini dəf etməklə bağlı sizə atmaca atılanda həmin penaltinin qaytarmağın sizin üçün asan olduğunu dediniz. Bilirik ki, bu heç də asan deyil. Bu gün də 2 vacib qurtarış etdiniz. Sizcə, bu epizoddan hansı daha çətin idi?

- Cavab vermək çətindir. Çünki bu reaksiya ilə bağlı bir şeydir. Seçim etmək çətindir. Amma onu deməliyəm ki, bu mənim Avropa Liqasının qrup mərhələsindəki ilk matçım idi deyə qapını toxunulmaz saxlamaq mənim üçün önəmli idi.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı