“Vorskla” – “Qarabağ” oyunu iki dəfə dayandırıldı - Yeniləndi

“Vorskla” – “Qarabağ” oyunu iki dəfə dayandırıldı - Yeniləndi
XƏBƏR 9 Noyabr 2018 / 01:30 5260
-  A +

Avropa Liqasının qrup mərhələsinin IV turunun Ukraynada keçirilən  "Vorskla" - "Qarabağ" matçında iki  məcburi fasilə yaranıb.

Qol.az xəbər verir ki, buna yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, onları meydana atması səbəb olub. 50-ci dəqiqədə baş verən hadisələrdən sonra görüşün hakimləri görüşü bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb.

Oyun bir neçə dəqiqədən sonra davam etdirilib.

65-ci dəqiqədə isə "Qarabağ" azarkeşlərinin olduğu sektorda partlayış səsləri eşidilib. Meydana yandırıcı maddələrin düşməsi nəticəsində referi matçı yenidən dayandırıb.Bu dəfə hakim futbolçuları meydandan çıxarıb. Komandalar paltardəyişmə otaqlarına yollanıblar. Stadionu isə tüstü bürüyüb. Stadionda xəbərdarlıq anonsu verilib. Təxminən 8 dəqiqə sonra komandalar meydana qayıdıblar və matç yenidən davam etdirilib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı