Fatih Terimə 7 oyunluq cəza

Fatih Terimə 7 oyunluq cəza
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 21:55 2967
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın son turunda keçirilən  “Qalatasaray” – “Fənərbaxça” görüşündə (2:2) yaşananlarla bağlı qərar verib.

Qol.az-ın TFF-nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılıb və 65 min lirə cərimələnib.

Onun köməkçisi Hasan Şaş rəqib futbolçuya hücum çəkdiyi üçün 8 oyunluq cəzalanıb və 20 min 800 lirə cərimə olunub.

“Qalatasaray”ın dava-dalaşda iştirak edən oyunçularından Papa Alioune Ndiaye 5, Qarri Mendes Rodriges 3,  Rayan Henk Donk 6 oyun cəza alıb.

“Fənərbaxça”dan isə Roberto Soldado Rillo 6, Jailson Markes Siqueyra 8 oyunluq cəzalandırılıb.  Klub 12 min lirə cərimlənib.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın