Almeyda oynadı, Enrike qol vurdu

Almeyda oynadı, Enrike qol vurdu
XƏBƏR 8 Noyabr 2018 / 21:40 2792
-  A +

Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” öz meydanında Çexiyanın “Yablonets” klubunu qəbul edib.

Görüş “Astana”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Almeyda 71-ci dəqiqə əvəzlənib. “Astana”nın ilk qolunu 18-ci dəqiqədə “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike vurub.  O, 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbə ilə xalını 8-ə çatdıran Qazaxıstan klubu liderliyini möhkəmləndirib.

Son xəbərlər