Arşavin karyerasını bitirdi

Arşavin karyerasını bitirdi
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 20:00 2294
-  A +

Rusiya millisinin sabiq üzvü Andrey Arşavin karyerasını bitirib.

Qol.az-ın məlumatına görə, bunu  “Kayrat”ın 37 yaşlı hücumçusu Qazaxıtan mətbuatına açıqlamasında özü deyib.

“Əlbəttə, istəyirəm ki, futbolda məşqçi kimi qalım. Ancaq daha əvvəl də dediyim kimi, bu, mənim üçün çətin olacaq” – deyə o, qeyd edib.

Qazaxıstan Premyer Liqasının 33-cü  turunda "Şaxtyor"la (Karaqanda) keçiriləcək oyunda Arşavin  üçün vida mərasimi təşkil edəcək. Ancaq o, cəzalı olduğundan bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Arşavin London “Arsenal”ı və “Kuban”da da oynayıb. O, Rusiya millisində 74 oyuna 17 qol vurub.

Son xəbərlər