UEFA VAR-la bağlı qərarını dəyişir

UEFA VAR-la bağlı qərarını dəyişir
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 17:32 4839
-  A +

Çempionlar Liqasında videotəkrar (VAR) sistemindən bu mövsüm istifadə oluna bilər.

Qol.az-ın xəbərinə görə, bu barədə "BBC Sport" məlumat yayıb. İddiaya görə, yeni texnologiyanın Rusiyada keçirilən dünya çempionatında uğurlu olduğunu nəzərə alan UEFA pley-off mərhələsindən etibarən VAR-a müraciət edə bilər. Dünən qrup mərhələsinin 4-cü turunun "Şaxtyor"la oyununda "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqin yıxıldığı epizodda matçın baş hakimi Viktor Kassainin yanlış qərar verməsi də bu məsələni yenidən gündəmə gətirib. UEFA İcraiyyə Komitəsinin dekabr ayında keçiriləcək iclasında bu barədə qərar veriləcəyi istisna olunmur.

Qeyd edək ki, daha əvvəl qitə futbol qurumundan verilən açıqlamada Çempionlar Liqasında VAR sistemindən gələn mövsüm istifadə ediləcəyi bildirilmişdi.

 

Daha çox


Son xəbərlər