“Barselona”da ciddi itki

“Barselona”da ciddi itki
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 14:34 2561
-  A +

“Barselona”nın futbolçusu Filip Koutinyo 2-3 həftə yaşıl meydanlardan uzaq qala bilər.

Qol.az-ın “Mundo Deportivo” nəşrinə istinadən yaydığı məlumata görə, srağagün Çempionlar Liqasının 4-cü turunda “İnter”lə matçdan (1:1) sonra ağrılar hiss etməyə başlayan və daha sonra müayinə olunan brazilyalı ulduzun əzələsində yırtıq aşkarlandığı bildirilir.

26 yaşlı futbolçunun durumu haqda yaxın günlərdə rəsmi məlumat verilməsi gözlənilir.

Qeyd edək ki, F. Koutinyo bu mövsüm Kataloniya klubu ilə ümumilikdə çıxdığı 16 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı