"Arsenal"ın futbolçusu "Qarabağ"la oyuna kimi hazır olacaq

"Arsenal"ın futbolçusu "Qarabağ"la oyuna kimi hazır olacaq
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 14:07 629
-  A +

"Qarabağ"ın Avroliqadakı rəqibi "Arsenal"ın futbolçusu Loran Koselni milli komandaların oyunlarından sonra yaşıl meydanlara qayıda bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Unay Emeri məlumat verib. O deyib ki, məşqlərə başlayan fransalı müdafiəçi noyabrın sonunda matçlarda oynaya bilər: "O, məşqlərdə yaxşı iştirak edir. Biz Koselnidən razıyıq. Özünü yaxşı hiss edir. Milli komandaların oyunlarından sonra ona şans verə bilərik".

Bu isə o deməkdir ki, L.Koselni dekabrın 13-ü "Qarabağ"la ev oyununda iştirak edə bilər.

Xatırladaq ki, L.Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Atletiko" ilə matçda zədələnib.

 

Daha çox


Son xəbərlər
22.04.19  22:54

"Napoli" uduzdu

22.04.19  12:01

İlk dubl və 10-cu qol

22.04.19  09:45

"Real"da 300-cü oyun