"Qalatasaray"ın futbolçusu qızından imtina edib

"Qalatasaray"ın futbolçusu qızından imtina edib
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 13:47 3213
-  A +

“Qalatasaray”ın “Everton”dan icarəyə götürdüyü Henri Onyekurunu köhnə sevgilisi Melissa Krot məhkəməyə verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, buna səbəb, 21 yaşlı futbolçunun köhnə sevgilisindən dünyaya gələn qızından imtina etməsi olub.

Məhkəmə gənc futbolçuya atalıq hüquqlarını yerinə yetirmədiyi səbəbi ilə 10 min avroluq pul cəzası verib. O, qarşıdakı aylarda yenidən pul ödəməli olacaq.

Qeyd edək ki, nigeriyalı hücumçu təyin olunan pulu ödəməsə, həbs oluna bilər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı