"Vorskla" "Qarabağ"ı 1:0 hesabı ilə udacaq" - veteran futbolçu

"Vorskla" "Qarabağ"ı 1:0 hesabı ilə udacaq" -<b style="color:red"> veteran futbolçu</b>
XƏBƏR 8 Noyabr 2018 / 11:40 1496
-  A +

"Bakıda qazanılan qələbə komandanı ümidləndirdi və əhval-ruhiyyəni yaxşılaşdırdı.  Artıq turnirin növbəti mərhələsinə vəsiqə verən ilk 2 yerdən birini tutmağa ümid var".

Qol.az-ın məlumatına görə, bu sözləri "Vorskla"nın sabiq yarımmüdafiəçisi Valentin Platanov Ukrayna mətbuatına açıqlamasında deyib. Poltava təmsilçisinin bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçirəcəyi oyuna proqnoz verən vetaran futbolçu həmyerlilərinin minimal hesabla qalib gələcəyini düşünür:

"İndi 3 həftə əvvəlki uğuru təkrarlamaq lazımdır. Baxmayaraq ki, növbəti 3 xal Poltava təmsilçisinə asan başa gəlməyəcək, nədənsə onların qalib gələcəyinə inanıram. Hesab isə 1:0 olacaq".

Qeyd edək ki, "Vorskla" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.

 

Daha çox


Son xəbərlər
19.04.19  18:40

Pedro birinci oldu

19.04.19  16:38

Mahirin 100-cü oyunu

19.04.19  14:39

Messi Mini keçdi