"Qarabağ" ilk qələbəsini qazandı

"Qarabağ" ilk qələbəsini qazandı
ÖLKƏ FUTBOLU 9 Noyabr 2018 / 01:58 7980
-  A +

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olub. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağı bacarıb. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" qrupda ilk qələbəsini qazanıb.

Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.


Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol:
Araz Abdullayev, 13-pen
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00" Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0
Qırmızı vərəqə: Jeremi Matyö,  87 ("Sportinq")


1.

Arsenal

4

3

1

0

8:2

10

2.

Sporting

4

2

1

1

4:2

7

3.

Vorskla Poltava

4

1

0

3

4:7

3

4.

Qarabağ

4

1

0

3

1:6

3

 

Daha çox


Son xəbərlər