Ukraynadakı səfirimiz "Qarabağ"ın məşqində

Ukraynadakı səfirimiz "Qarabağ"ın məşqində
ÖLKƏ FUTBOLU 7 Noyabr 2018 / 22:53 1829
-  A +

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə səfər oyunu öncəsi Ukraynada  məşqə çıxıb.
 
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Aleksey Butovski adına stadionda təşkil olunmuş hazırlıq prosesini Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltava şəhərindəki fəxri konsulumuz Elşən Vəliyev də izləyib.

"Qarabağ” rəhbərliyi onlara arxalarında adları yazılmış forma hədiyyə edib.


Azər Xudiyev sabah baş tutacaq "Vorskla" - "Qarabağ" matçından əvvəl fikirlərini də bölüşüb. Səfir sabahkı oyundan yaxşı nəticə gözlədiklərini bildirib: "Böyük ümidlərlə bura gəlmişik. Ümid edirik ki, "Qarabağ" sabahkı oyunda qələbə qazanacaq. Artıq bizim səfirlikdən diaspora təşkilatları üzərindən sosial şəbəkələr vasitəsilə burada yaşayan soydaşlarımızı oyunda "Qarabağ"ı dəstəkləyəməyə, bizə dəstək olmağa çağırmışıq. Ümid edirik ki, onlar bizim yanımızda olacaqlar. Çünki Qarabağ bizim ən həssas yerimizdir. Hər bir Azərbaycan vətəndaşının və soydaşlarımızın mənəvi borcudur ki, sabah gəlib bizim komandanı dəstəkləsinlər”.

Xudiyev sabah stadionda 300 nəfərdən artıq azarkeş olacağına ümid etdiyini söyləyib: "Təxminən 250-300 nəfər azarkeş gözləyirik, ola bilər daha artıq olsun. Hətta biz uzaq olan regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, insanlar rahat şəkildə gəlib oyunu izləyə bilsinlər. Ümid edirik ki, oyun gec saatda olsa da azarkeşlər "Qarabağ"ı dəstəkləməyə gələcəklər".

Elşən Vəliyev də matç barədə fikirlərini açıqlayıb: "Biz əlimizdən gələni edirik ki, daha çox azarkeşimiz oyuna gəlsin. Poltovada olan soydaşlarımıza xəbər vermişik ki, sabah işləri olsa belə oyunda iştirak etsinlər və "Qarabağ"ı dəstəkləsinlər".

Konsul  oyuna marağın yüksək səviyyədə oldğunu bildirib:"Maraqlananlar və müraciət edənlər çox olur. Oyunun yeri və vaxtı ilı bağlı məlumat alırlar. Oyuna maraq da yaxşı səviyyədədir. Sabah ümid edirik ki, azarkeşlər komandanın yanında olacaqlar".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı