"Qarabağ"la oyuna normal rejimdə hazırlaşırıq" - "Vorskla"nın kapitanı

"Qarabağ"la oyuna normal rejimdə hazırlaşırıq" - "Vorskla"nın kapitanı
ÖLKƏ FUTBOLU 7 Noyabr 2018 / 19:25 1154
-  A +

"Azərbaycan səfirliyi Ukraynada yaşayan bütün azərbaycanlıları "Qarabağ"ı dəstəkləmək üçün stadiona çağırıb. Komanda bu matçda öz ev oyunu kimi oynamasına görə belə şüar səsləndirib. Bu, onların ciddi niyyətlərini göstərir".

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Vorskla"nın kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin  4-cü turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, bu matça normal rejimdə hazırlaşdıqlarını bildirib: "Ancaq məşqçilər daha çox nəzəriyyələrə diqqət yetirir, komanda oyunu və futbolçular haqqında daha ətraflı danışılır".

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfirliyi  rəsmi "Feysbuk" səhifəsindəki müraciətdə Ukraynada yaşayan bütün soydaşlarımızı noyabrın 8-də Ukrayna vaxtilə saat 22:00-da Poltavada keçiriləcək oyuna dəvət edib.

Daha çox


Son xəbərlər