Vengerdən "Milan" açıqlaması

Vengerdən "Milan" açıqlaması
DÜNYA FUTBOLU 7 Noyabr 2018 / 17:00 2304
-  A +

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger  “Milan”ı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə,  69 yaşlı mütəxəssis deyilənlərin yanlış olduğunu qeyd edib: “Deyə biləcəyim tək şey bu xəbərlərin yalan olmasıdır. Əgər bir klubla müqavilə bağlasam, bu haqda sizə açıqlama verəcəyəm. Hal-hazırda yalnız "beIN Sports”da işləyirəm və bu da asan iş deyil”.

Qeyd edək ki, fransalı məşqçi “Arsenal”dan ayrıldıqdan sonra məşqçilik karyerasını başa vursa da, 2019-cu ildə yenidən bu sahəyə qayıdacağı haqqda açıqlama vermişdi.
 

Daha çox


Son xəbərlər