"Beşiktaş"da ciddi itkilər - 3 futbolçu Belçikaya aparılmadı

"Beşiktaş"da ciddi itkilər - <b style="color:red"> 3 futbolçu Belçikaya aparılmadı</b>
DÜNYA FUTBOLU 7 Noyabr 2018 / 15:58 1439
-  A +

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Genk"lə qarşılaşacaq "Beşiktaş" oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, zədə səbəbindən müdafiəçilər Adriano və Gökhan Gönül, yarımmüdafiəçi Gökhan Törə səfər matçında iştirak edə bilməyəcək. Adıçəkilən oyunçular Belçikaya aparılmayıb.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək  "Genk" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

Daha çox


Son xəbərlər