Mbappe PSJ-dən təyyarə istədi

Mbappe PSJ-dən təyyarə istədi
DÜNYA FUTBOLU 7 Noyabr 2018 / 13:54 3429
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe klubu ilə yeni müqavilə imzalamaq üçün maraqlı tələb irəli sürüb.

Qol.az-ın "Football Leaks"ə istinadən yaydığı xəbərə görə, 20 yaşlı hücumçu 5 illik müqavilə üçün Paris klubundan 55 milyon avro və şəxsi təyyarə istəyib.

Eyni zamanda, Mbappe "Qızıl top" mükafatını qazanacağı təqdirdə, klubun ən çox qazanan futbolçusu olmaq istədiyini bildirib.

Qeyd edək ki, Mbappe bu mövsüm 11 oyuna 13 qol vurub. Onun PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatacaq.

 

Daha çox


Son xəbərlər