"Ronaldo qolu elə asan vurur, sanki su içir"- Poqba

"Ronaldo qolu elə asan vurur, sanki su içir"-  Poqba
DÜNYA FUTBOLU 7 Noyabr 2018 / 13:25 3399
-  A +

"Mançester Yunayted"in futbolçusu Pol Poqba Çempionlar Liqasının qrup mərhələsində  "Yuventus"la keçiriləcək oyunöncəsi rəqibin hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı futbolçunun "Real"dan  Turin klubuna keçidini dəyərləndirən fransalı yarımmüdaiəçi onun haqqında xoş sözlər söyləyib:

"Yuventus" düzgün seçim etdi. Bu cür oyunçular həmişə komandanı gücləndirir. Ronaldo, Messi və Neymar kimi səviyyəli oyunçularla oynamaq insana başqa bir zövq verir.

Ronaldo yeni komandasında xoşbəxtdir. "Yuventus"un bəxti gətirib ki, belə futbolçuya sahib olub. Ronaldo qolu elə asan vurur, sanki su içir".

Qeyd edək ki, bu gecə keçiriləcək "Yuventus" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın