"Qəbələ" "Herta"ya uduzdu - Gənclər Liqası

"Qəbələ" "Herta"ya uduzdu - Gənclər Liqası
ÖLKƏ FUTBOLU 7 Noyabr 2018 / 18:51 5974
-  A +

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” doğma meydanda Almaniya çempionu “Herta” ilə qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu isə üç həftə sonra – noyabrın 28-də Berlində keçiriləcək. Qalib komanda pley-off mərhələsinə yüksələcək.

Xatırladaq ki, “Qəbələ” I mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.


UEFA Gənclər Liqası

Çempionlar yolu

II mərhələ, ilk oyun

7 noyabr

17:00. “Qəbələ” – “Herta” (Almaniya) - 1:3
Qollar:
Məhəmməd Kiprit, 65 (0:1), Cesik Nqankam, 71 (0:2), Ruven Vertmüller, 85 (0:3), Əli Sadiqov, 89 (1:3)
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan)
Qəbələ şəhər stadionu

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın