Kubokda cəmi 12 komanda - püşkün vaxtı bilindi

Kubokda cəmi 12 komanda - püşkün vaxtı bilindi
ÖLKƏ FUTBOLU 6 Noyabr 2018 / 16:23 3213
-  A +

Azərbaycan kubokunda 2018/2019 mövsümünün püşkü noyabrın 14-də atılacaq.

Bu barədə Qol.az-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, kubokda 12 komanda mübarizə aparacaq. Bunlar 8 Premyer Liqa təmsilçisi ilə yanaşı, birinci diviziondan "Kəpəz", "Qaradağ Lökbatan", "Ağsu" və "Şüvəlan" klublarıdır.

Ölkə kuboku dekabrın 6-da, 1/8 final mərhələsindən start götürəcək. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq. İlkin mərhələdə Premyer Liqanın 4 klubu istirahət edəcək. Həmin komandalar mübarizəyə 1/4 finaldan başlayacaqlar. Bu mərhələdə isə qalibi ev (15-16 dekabr) və səfər (19-20 dekabr) matçları müəyyənləşdirəcək.

Qeyd edək ki, ölkə kubokunun finalı mayın 19-da olacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord