"Neftçi"nin müdafiəçisi Kiril Petrov Qol.az-a müsahibə verib. Komandasının çıxışını dəyərləndirən ukraynalı futbolçu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə keçirəcəyi səfər oyununa da toxunub.
- "Neftçi" 10 turdan sonra turnir cədvəlinə başçılıq edir. Yəqin ki, komandanın bura qədərki çıxışı vəhazırkı mövqeyi sizi qane edir...
- Sevinmək üçün hələ tezdir. Çünki çempionatın başa çatmasına hələ çox var. Yalnız son tura kimi zirvədə qalacağımız halda çıxışımızdan razı olacağıq. İndi isə tezdir. Çalışmağa davam etməliyik. Bunun hesabına isə növbəti qələbələr qazanmalıyıq.
- Mövsümün əvvəlində çoxları "Neftçi"nin çempionluq uğrunda oynayacağına inanmırdı. Siz özünüz necə, buna ümid edirdiniz?
- Hələ mövsümün əvvəlində təlim-məşq toplanışında olarkən qarşımıza çempionluq vəzifəsi qoyulmuşdu. Əgər futbolçular özlərinə inansa və komanda bu məqsədlə meydana çıxsa, hər şey mümkündür. Əlbəttə ki, turnir cədvəlinin zirvəsinə qalxmaq və orada qalmaq üçün çalışırıq.
- "Qarabağ" üzərində qazanılan qələbədən sonra çempionluq şanslarınızın artdığını söyləmək olarmı?
- Yenə deyirəm, çempionat uzundur. Turnir cədvəlinə baxıb arxayınlaşmaq olmaz. Belədə xallar itirib, üstünlüyümüzü əldən verə bilərik. Arxaya deyil, irəliyə baxmalıyıq. Hər oyuna yaxşı hazırlaşmaq lazımdır.
- Son turda "Keşlə"ni minimal hesabla məğlub etdiniz. Həmin oyun haqda nə deyə bilərsiniz?
- Kifayət qədər ağır oyun oldu. Meydança süni olsa da, düşünürəm ki, azarkeşlər oyundan zövq aldılar. Hər iki komanda yaxşı oynadı. Hardasa bəxtimiz gətirdi ki, qol vurduqdan sonra bizə lazım olan hesabı qoruyub-saxlaya bildik.
- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Autsayderlə oyundan nə gözləyirsiniz?
- "Zirə" topa nəzarət etməklə yaxşı oyun sərgiləyir. Fikrimcə, hazırda onlar layiq olduqları yerdə deyillər. Bu komanda daha yuxarı sıralarda olmağa layiqdir. Düşünürəm ki, mövsümün sonuna doğru avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqlar.
- 2 gün sonra "Qarabağ" Avropa Liqasının qrup mərhələsində Ukraynada "Vorskla" ilə oynayacaq. Sizə görə, budəfəki görüşün favoriti hansı komandadır?
- Məncə, aşkar favorit yoxdur. Şanslar bərabərdir. Sadəcə, Ukraynada indi havalar bir az soyuqdur. "Qarabağ"ın futbolçularına həmin iqlimə uyğunlaşmaq bir az çətin ola bilər. Digər tərəfdən, Poltavada "Vorskla"nın azarkeş dəstəyi çox olacaq.
- Bakıdakı matçda "Qarabağ"ın rəqibinə uduzması sizin üçün sürpriz olmadı?
- "Vorskla"nı yaxşı tanıyıram. Komandanı hədəfləri olan məşqçi çalışdırır. "Qarabağ"ın ustalıq səviyyəsi rəqibdən yüksək ola bilər. Amma Vasili Saçkonun komandası göstərdi ki, istəyin, özünəinamın hesabına hər rəqibi udmaq olar.
- Poltavadakı oyunla bağlı nə fikirləşirsiniz?
- Düşünürəm ki, təxminən bənzər oyunun şahidi olacağıq. Amma "Vorskla" doğma meydanda oynadığından azarkeş dəstəyi onların tərəfində olacaq.
Elnur SALAHOV
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi