AFFA "Keşlə" və "Səbail"in futbolçularını cəzalandırdı

AFFA "Keşlə" və "Səbail"in futbolçularını cəzalandırdı
ÖLKƏ FUTBOLU 6 Noyabr 2018 / 12:50 853
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz premyer Liqanın 7-ci turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" və 10-cu turun "Zirə"- Səbail" oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qarabağ”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Keşlə”nin yarımmüdafiəçisi Samir Məsimov 1 oyunluq cəzalanıb. Klub isə öz futbolçusuna görə 200 manat cərimə ödəyəcək.

“Zirə” – “Səbail” görüşündə isə qonaq komandanın müdafiəçisi Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə qarşıdakı oyunu buraxacaq. Klubu isə 200 manat məbləğində cərimələnib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı