Çempionlar Liqasında pley-offa ilk vəsiqələr uğrunda - "Topaz"

Çempionlar Liqasında pley-offa ilk vəsiqələr uğrunda - "Topaz"
ETOPAZ 6 Noyabr 2018 / 10:53 1696
-  A +

Futbol üzrə Çempionlar Liqasında həlledici oyunlar başlayır. Qrup mərhələsinin 4-cü turu bəzi  komandaların pley-off şansına aydınlıq gətirəcək.  Bu səbəbdən axşam baş tutacaq 8 qarşılaşmanın maraqlı və gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. B qrupunda “Barselona” səfərdə “İnter”ə qalib gələrsə, qrup lideri kimi vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edəcək. Hərçənd bu, “Barsa” üçün heç də asan olmayacaq. İndiyədək “Cüzeppe Meatsa”ya Çempionlar Liqası turnirində 3 dəfə səfər edən katalonlar heç birində qələbə qazana bilməyib (2 heç-heçə, 1 məğlubiyyət). Umumiyyətlə, “Barsa”nın səfərdə “İnter” üzərində bir qələbəsi var ki, o da 60 il (!!!) əvvəl – artıq tarixin yaddaşına köçən “Yarmarkalar Kuboku”nda qeydə alınıb. İki həftə əvvəl “Nou Kamp”da keçirilən matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Həmin oyunu Leonel Messisiz keçirən “Barsa”da bu dəfə vəziyyət nisbətən dəyişib. Argentinalı ulduz artıq məşqlərə başlayıb və onun start heyətində olmasa da, sonradan meydana çıxacağı gözlənilir. Vermalenin oynamayacağı isə dəqiqdir. Yaxın keçmişdə “İnter”in formasını geyinmiş Rafinya və Koutinyo bu dəfə “Cüzeppe Meatsa”da rəqib kimi meydana çıxacaq. B qrupunda vahid lideri müəyyənləşdirəcək bu oyuna Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”da həm canlı, həm “təkli” mərc edə bilərsiz. Əmsallar: “İnter”in qələbəsi 3.25, heç-heçə 3.15, “Barselona”nın qələbəsi 1.90.

İtaliyada keçiriləcək digər görüş – “Napoli”- PSJ matçı da gərgin mübarizə vəd edir. İki həftə əvvəl Parisdəki dueldə qeydə alınan 2:2-lik bərabərlik daha çox “Napoli”nin xeyrinə oldu. Hazırda neapollular 5 xalla C qrupunda 2-ci,  PSJ isə 4 xalla 3-cüdür. Qrup lideri “Liverpul”un 6 xalı var. İngilislərin bu axşam Serbiyada “Srvena Zvezda”ya qalib gəlmək şansı yüksək olduğundan “Napoli”-PSJ duelində uduzan tərəf qrup 2-cisi olmaq şansını xeyli azaldacaq. Tərəflərin hər ikisi son həftələrdə əla futbol göstərir. Fransa çempionu son 9 matçının 8-də qalib gəlib və yalnız əvvəldə qeyd etdiyimiz kimi “Napoli” ilə “sülh bağlaıyb”. Neapollular isə ardıcıl 6 oyundur uduzmur. İndiyədək 7 dəfə üz-üzə gələn bu komandaların hər birininin aktivində 3 qələbə var. Cəzasını başa vuran təcrübəli qapıçı Canluici Buffon ilk dəfə PSJ-nin heyətində bu axşam Çempionlar Liqası matçına çıxacaq. Özü də vətəni İtaliyada. Son 2 matçda oynamayan “qol maşını” Edinson Kavani də zədəsini sağaldaraq heyətə dönüb. “Topaz”da canlı və “təkli” mərc edə biləcəyiniz bu maraqlı qarşılaşmanın əmsalları belədir: “Napoli”nin qələbəsi 2.70, heç-heçə 3.50, PSJ-nin qələbəsi 2.25.

D qrupunda “Qalatasaray” “Şalke” səfərində azı 1 xal qazanmağa məcburdur. Əks halda, “Cim-Bom”un pley-offa yüksəlmək şansı minimuma enəcək. Tərəflərin İstanbuldakı duelinin qolsuz başa çatdığını xatırladaq. Əzəli rəqibi “Fənərbaxça” ilə 4 gün əvvəlki derbinin yorgunluğu bəlkə də bu axşam “Qalatasaray”ın oyununda özünü göstərəcək. Amma digər tərəfdən “Şalke”  də hazırda yaxşı günlər yaşamır. Helzenkirxenlilərin 4 əsas oyunçusu zədə səbəbindən bu axşam oynmayacaq. “Qalatasaray”da isə eyni vəziyyətdə olan 3 futbolçu var – Emre Akbaba, Naqotomo və Fernando. Eren Derdiyokun oynaması da sual altındadır. Əgər “Qalatasaray” 5 il əvvəl olduğu kimi yenə Helzenkirxendə qələbə qazanarsa, pley-offa doğru böyük bir addım atmış olacaq. Amma dünya bukmeker kontorları meydan sahiblərini bu dueldə aşkar favorit sayır. “Topaz”ın bu qarşılaşma üçün təklif etdiyi əmsallar: “Şalke”nin qələbəsi 1.45, heç-heçə 3.55, “Qalatasaray”ın qələbəsi 5.75.

Ümumiyyətlə, bu gün Çempionlar Liqası matçları da daxil “Topaz”da 67 oyuna mərc etmək imkanınız var. Bu görüşlərdən 32-si canlı mərcə açıq olacaq. ÇL-in 7 matçına isə “təkli” mərc edə bilərsiz. Çempionlar Liqası matçlarına “Topaz”la həyəcan qatın. 90 dəqiqəyə, canlı mərcdə isə hətta daha az müddətdə qazanmaq imkanı yalnız “Topaz”da verilir.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı