“Vorskla” – “Qarabağ” oyununun hakimləri bilindi

“Vorskla” – “Qarabağ” oyununun hakimləri bilindi
ÖLKƏ FUTBOLU 5 Noyabr 2018 / 14:15 2294
-  A +

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Vorskla” – “Qarabağ” görüşünün hakimləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı isveçrəli hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Sandro Şarer olacaq. Ona Stefan De Almeyda və Bekim Zoqay köməklik edəcək. Raffael Zeder dördüncü hakim funksiyasını yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Alain Bieri və Lukas Fandrix olacaq.

Qeyd edək ki, noyabrın 8-də Poltovoda keçiriləcək “Vorskla” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 00:00-da start götürəcək.
 

Daha çox


Son xəbərlər
19.04.19  18:40

Pedro birinci oldu

19.04.19  16:38

Mahirin 100-cü oyunu

19.04.19  14:39

Messi Mini keçdi