Rüfət Dadaşov milliyə çağırıldı

Rüfət Dadaşov milliyə çağırıldı
ÖLKƏ FUTBOLU 5 Noyabr 2018 / 10:09 3904
-  A +

Almaniya 3-cü Liqa təmsilçisi “Proyssen”in futbolçusu Rüfət Dadaşov növbəti dəfə Azərbaycan millisinə çağırılıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yığmamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə görüşlər üçün 27 yaşlı hücumçuya dəvət göndərib.

Qeyd edək ki, millimiz noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək. Komandamız noyabrın 20-si isə Kosovonun qonağı olacaq.

Xatırladaq ki, R.Dadaşov bundan əvvəl UEFA Millətlər Liqasında oktyabrda keçirilən Farer adaları ilə səfər və Malta ilə ev oyununa çağırılmışdı.

Daha çox


Son xəbərlər