“Millinin formasını geyinməyə canla-başla hazıram” – Emil Balayev

“Millinin formasını geyinməyə canla-başla hazıram” – <b style="color:red"> Emil Balayev</b>
MÜSAHİBƏ 4 Noyabr 2018 / 22:40 1416
-  A +

“Səbail”in qapıçısı Emil Balayev Topaz Premyer Liqanın 10-cu turunun “Zirə” ilə oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə heç-heçəni şərh edib.

- Hər bir futbolçu oyundan əvvəl baş məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışdı. Çətin olacağını bilirdik. Çünki “Zirə” axırıncı yerdə getməsinə baxmayaraq, yaxşı rəqibdir. Bu gün çox gözəl oyun göstərdilər. Heyətdə itkimiz var idi. Ötən turda Yevgeni Koçuk qırmızı vərəqə almışdı. Komandamız var-gücü ilə mübarizə apardı. Azlıqda qalmağımız işimizi çətinləşdirdi. Bununla belə, komandada döyüşkən ruh var idi və sona kimi ən azından qapımızı toxunulmaz saxlamağa çalışdıq.

- İlk hissədə komandanız sanki oynamaq istəmirdi. Bu, nə ilə bağlı idi?

- Belə bir şey, konkret müdafiə olunmaq tapşırığı yox idi. Ola bilər ki, oyunumuz əvvəlkilərə nisbətən yaxşı alınmadı. Amma sırf müdafiədə oturmaq fikrimiz yox idi. Bütün oyunları eyni səviyyədə keçirmək olmur. Amma 1 xal qazandığımız üçün komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm.

- Hazırda 3-cü pillədəsiniz. Komandanın mövqeyi sizi razı salmaya bilməz. Səncə, mövsümü ilk 3-lükdə başa vurmaq mümkündürmü?

- Bunu konkret olaraq deyə bilmərəm. Çünki bizim işimiz baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməkdir. Əgər bunu maksimum səviyyədə edə bilsək, yuxarı pillələrdə yerimizi qoruyub-saxlayarıq.

- “Sabah” da 3-cü yerə iddia edir və maraqlıdır ki, növbəti oyununuz məhz bu komandaya qarşı olacaq...

- “Sabah” çox yaxşı komandadır. Debütant olsa da, çox yaxşı oyun sərgiləyir. Düşünürəm ki, bu komanda ilə oyunumuz heç də asan olmayacaq. Ancaq futbolda məğlubedilməz komanda yoxdur.

- Adətən komanda qalib gələndə rəhbərlik mükafat verir. Texniki qələbələrə görə də mükafat aldınızmı?

- Bu, artıq klubdaxili məsələdir. Cavablandıra bilmərəm.

- Bu gün bir neçə epizodda komandanı qoldan xilas etdin. Ümumiyyətlə, son vaxtlar yaxşı təsir bağışlayırsan. Buna baxmayaraq, millinin son toplanışlarına sən yox, “Qarabağ”da 3-cü qapıçı olan Şahruddin Məhəmmədəliyev çağırılır. Necə düşünürsən, bu dəfə Qurban Qurbanov sənə dəvət göndərəcək?

- Bir dəfə Malta və Kosovo ilə oyunlar üçün milliyə dəvət almışdım. Həmin vaxt fəxr edirdim ki, yığmanın düşərgəsindəyəm. Növbəti toplanışa dəvət almadımsa, düşünürəm ki, bunun səbəbi özümdən asılıdır. Ola bilər ki, bəzi oyunlarda uğursuz çıxış etmişəm və haqlı olaraq çağırılmamışam. Mənim işim meydanda özümü sübut etməkdir. Normal oyun göstərsəm, yəqin, yenidən dəvət alaram. Belə bir şey olsa, canla-başla o formanı geyinməyə hazıram.

 

Daha çox


Son xəbərlər
12.11.18  16:55

"Real"da ciddi itkilər

12.11.18  12:34

Riberi jurnalisti vurdu

12.11.18  02:00

PSJ-dən darmadağın

12.11.18  00:24

"Vorskla" yenə uduzdu